Xəbərlər
Paytaxtın 8 Noyabr prospektində avtomobillərin hərəkət sürətini ölçən radar quraşdırılıb. Həmin yolda sürət həddini aşan sürücülər cərimələnək. Sürət həddi 60 km/saatdır. Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişiklik edilir

Bloq

Yolda Etika Qaydaları
Bloq

Yolda Etika Qaydaları

28.11.2025
12:20

Hörmət göstərən = ən peşəkar sürücüdür


✔️ «Zəif» və ya «ucuz» maşın görəndə özünü göstərməyə ehtiyac yoxdur


Heç kim kimdən geri qalmır. Kiminsə maşını köhnədir deyə ona hədə-qorxu gəlmək, arxadan sıxmaq, sıxışdırmaq — bu sadəcə mədəniyyətsizlikdir.


✔️ Velosipedçi, motosiklist, skuter sürəni görəndə yavaş keçin


Bu insanlar açıq havadadır, qorumasızdır.

Yanından bərkdən keçmək onları qorxuda, tarazlıqdan sala bilər.

Onlar da işinə gedir, evinə tələsir — hörmət etmək lazımdır.


✔️ Kiməsə yol vermək — zəiflik deyil


Ego qırılmır, nüfuz düşmür.

Əksinə — səni daha böyük, daha peşəkar göstərir.

Ən yaxşı sürücü o deyil ki, hamını ötür…

Ən yaxşı sürücü odu ki, hamının təhlükəsizliyini qoruyur.


✔️ Cərgəyə (полоса) girmək istəyənə yol vermək — mədəniyyətdir


Çox vaxt görürük ki, biri cərgəyə keçmək istəyir, amma başqa biri burnunu qabağa soxub heç nə olmamış kimi düz qabağa baxır — elə bil sağ tərəf yoxdu.


✔️ Park etmək — “kim harada yer tapa bilirsə” oyunu deyil


Səkini, keçidi, giriş-çıxışı bağlamaq — başqasının yolunu çətinləşdirməkdir.

Düzgün park etmək sadəcə qayda deyil, hörmətdir.

Mükəmməl maşın sürmək bacarıqdır, amma düzgün park etmək şəxsiyyət göstəricisidir.


Bu davranışlar Səni “güclü sürücü” etmir. Sadəcə tərbiyəni göstərir 🫶🏻


Müəllif: jasminlnizm

Paylaş